23 Yanvar 15:52
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltikyanı ölkələr Belarusa qarşı təxribatlar üçün xüsusi dəstələr hazırlayırlar.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Ölkə lideri bu açıqlamanı 2024-cü il üçün dövlət sərhədinin mühafizəsi ilə bağlı qərarların təsdiqlənməsi ilə bağlı danışarkən verib.

Onun sözlərinə görə, bu qərarlar xüsusi vəziyyətlə əlaqədar zəruridir.

“Cənubda (Rusiya-Ukrayna müharibəsi), qərbdə - Polşa, Litva, Baltikyanı ölkələrdə müharibə gedir, bu, çox pisdir. Bir daha vurğulayıram: çox pisdir. Orada müvafiq dəstələr hazırlanır, hərbi komandirlər müəyyənləşib”, - Lukaşenko bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər