25 Yanvar 11:06
2 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq ölkədə spirtli içkilərin satışına icazə verib.

Teleqraf.com xəbər verir ki, paytaxt Ər-Riyadda spirtli içkilərin satıldığı mağaza açılacaq. Bu mağazadan yalnız qeyri-müsəlman ölkələrin diplomatları alış-veriş edə biləcək.

Müştərilər alış-veriş etməzdən əvvəl mobil telefonları vasitəsilə qeydiyyatdan keçəcək, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən icazə tələb olunacaq və müştərilər üçün aylıq kvota müəyyən ediləcək. Bu kvotanı aşmaq olmaz.

Yaxın həftələrdə səfirliklərin yerləşdiyi ərazidə spirtli içkilərin satıldığı mağazanın açılması planlaşdırılır. Müsəlmanlara mağazalarda alış-veriş etmək qəti qadağan olunacaq.

Səudiyyə Ərəbistanında spirtli içki içmək qadağandır. Qadağaları pozanlar yüzlərlə şallaq və ya həbslə cəzalandırıla bilər. İslahatlar çərçivəsində son vaxtlar şallaq cəzaları həbs cəzasına çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər