27 Yanvar 08:51
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Departamenti Yunanıstana 8,6 milyard dollar dəyərində F-35 qırıcı təyyarələrinin və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Söhbət 40-a qədər qırıcı, 42 ədəd mühərrik, istiqamətləndirici sistemlər, ehtiyat hissələri və digər avadanlıqların alınmasından gedir. Pentaqon bildirib ki, bu texnikanın tədarükü ABŞ-ın döyüş hazırlığına zərər gətirməyəcək və regionda “əsas hərbi balansı dəyişməyəcək”.

Əsas podratçılar “Lockheed Martin” və “Pratt & Whitney” olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər