Rusiya ordusu inkişaf etmiş logistika sayəsində Ukrayna Silahlı Qüvvələri üzərində üstünlük əldə edir.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin istefada olan general-leytenantı Roland Kater deyib.
"Hazırda vacib olan, hava hücumundan müdafiə ilə yanaşı, Rusiya ordusunun maddi-texniki bazasına uzunmüddətli ziyan vurmaqdır. Çünki rusların üstünlüyü var. Üstünlük səbəblərindən biri də, çoxlarının düşündüyündən fərqli olaraq, onlarda kifayət qədər material və digər kadrlar var. Qərb bu işdə gecikməməlidir. Ukraynanın Qərbin uzaqmənzilli raketlərinə ehtiyacı var. Raketlər vasitəsilə rusların güc balansını poza bilərlər", - deyə Kater vurğulayıb.