ABŞ administrasiyasının Yaxın Şərqdəki maraqlarına və qoşunlarına zərbələrə reaksiyası bir neçə mərhələdən ibarət, çox səviyyəli ola bilər və vaxt apara bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə Dövlət Departamentində birgə mətbuat konfransında bildirib.
Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumu şərh edən dövlət katibi deyib: "Biz ilk gündən xalqımızı qoruyacağımızı açıq şəkildə ifadə etdik. Biz [Yaxın Şərqdəki] əsgərlərimizi qoruyacağıq. Biz maraqlarımızı qoruyacağıq”.
"Biz cavab verəcəyik və qətiyyətlə cavab verəcəyik. Seçdiyimiz vaxt və yerdə cavab verəcəyik. <...> Biz cavab verəcəyik və bu cavab çoxsəviyyəli, mərhələli və vaxt aparan ola bilər", - deyə A.Blinken qeyd edib.