Avropa Birliyinin (AB) Ukraynaya 50 milyard avro ayırmaq qərarı Macarıstanın sülh təklifinə zidd deyil.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, bu vəsait silahlanmaya yox, müflis Ukrayna dövlətinin dağılmaması üçün onun təhlükəsizliyinə sərf olunacaq. Baş nazir Ukrayna iqtisadiyyatının “süni tənəffüs aparatı”na qoşulduğunu söyləyib.
“Avropa Birliyi və ABŞ kömək etməsəydi, Ukraynada nə maaşlar, nə pensiyalar, nə də fəaliyyət göstərən qurum qalacaqdı və mağazalar bağlanmalı olacaqdı”, - Orban vurğulayıb.