2 Fevral 22:58
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı Prezident Vladimir Zelenskiyə əlavə səfərbərlik həyata keçirməyi təklif edib. Ukrayna lideri bununla razılaşmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” yüksəkrütbəli ukraynalı məmura istinadla məlumat yayıb. Onun sözlərinə görə, Zalujnı səfərbərlik təklifində “500 minə yaxın say səsləndirib”.

Zelenski Silahlı Qüvvələrin Baş komandanının bu ideyası ilə razılaşmayıb. Prezidentin fikrincə, ölkədə vergiləri əhəmiyyətli dərəcədə artırmadan səfərbərlik xərclərini ödəmək mümkünsüzdür. Ukrayna lideri, həmçinin “aqressiv səfərbərlik” səbəbindən əhali arasında populyarlığının mümkün azalmasından ehtiyatlanır.

“The Washington Post” nəşri onu da qeyd edib ki, gələcək səfərbərliyin miqyası məsələsi Zelenski ilə Zalujnı arasında əsas fikir ayrılığına çevrilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər