23 Yanvar 2015 23:32
2 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna son 10 gündə 752 əsgər, 59 tank, 51 PDM və BMP itirib.

Axar.az xəbər verir ki, bu iddianı Donetsk separatçılarının komandir müavini Eduard Basurin irəli sürüb.


Onun sözlərinə görə, yanvarın 12-dən Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatı uğursuzluğa düçar olub: “Hələlik, əsir düşənlərin sayını müəyyənləşdirməmişik”.

Rəsmi Kiyev isə son 10 gün müddətindəki itki və uğurları barədə ümumi açıqlama verməyib.

Bu gün yayılan xəbərdə Donetskdə (Opıtnoe və Vodyanoe məntəqələrində) aparılan əməliyyat zamanı bir batalyonun məhv edildiyi bildirilir. Ukrayna Müdafiə Nazirliyi rəsmən 50 terrorçunun öldürüldüyünü, 5-nin əsir alındığını, 2 PDM və artilleriya qurğusunun, 4 tankın məhv edildiyini elan edib.

Ukrayna Ali Radasının deputatı Yevgeni Deydey isə öz Feysbuk səhifəsində hazırda dəhşətli döyüşlər getdiyini yazıb. Onun sözlərinə görə, separatçıların lideri Zaxarçenkonun Mariupolu ələ keçirmək çağırışı ilə terrorçular hücuma keçib.

Deputat hücum qarşısında geri çəkilmədiklərini bildirib: “Mariupol – Ukrayna deməkdir. Başqa variant yoxdur”.


Müəllif: