4 Fevral 08:29
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob fevralın 4-də 82 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib, yanında həyat yoldaşı və övladları olub.

Namibiya prezidentinin ofisi vurğulayıb ki, həkimlər qrupu prezidentin sağalmasını təmin etmək üçün əlindən gələni edib, lakin mütəxəssislərin bütün səylərinə rəğmən ölkə başçısı dünyasını dəyişib.

Namibiyanın vitse-prezidenti, hazırda isə dövlət başçısı vəzifəsini icra edən Nangolo Mbubanın imzaladığı nekroloqda bildirilir: “Xalq görkəmli xidmətçisini, azadlıq mübarizəsinin simvolunu, konstitusiyamızın baş memarını və Namibiya evinin sütununu itirdi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər