5 Fevral 11:07
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin iranlı general Qasım Süleymaninin öldürüldüyü əməliyyat planının bir hissəsi olduğunu, amma Baş nazir Benyamin Netanyahu əməliyyatdan iki gün əvvəl bundan imtina etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, eks-prezident İsrail baş naziri ilə İranla bağlı prosesdə bir çox mövzuda birgə çalışdıqlarını bildirib.

“Süleymanini aradan götürəndə İsrail bunu bizimlə birgə etməli idi. Hücumdan iki gün əvvəl bizə dedilər ki, bunu edə bilmərik. Sonra öz generalımıza üz tutduq və soruşduq ki, biz bunu edə bilərikmi? Mənə cavab verdi ki, bəli, cənab prezident, edə bilərik, bu, sizə bağlı məsələdir. Mən də dedim ki, onda gəlin bunu edək”, - Tramp vurğulayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandiri Qasım Süleymani 2020-ci il yanvarında 3-də İraqın paytaxtı Bağdadda öldürülüb. İranlı generalı daşıyan avtomobil ABŞ PUA-sı ilə vurulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər