“Luqansk Xalq Respublikası”nın “fövqəladə hallar naziri” Aleksey Poteleşenko öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu, Ukrayna ordusunun işğal altındakı Lisiçansk şəhərinə hava zərbələri endirməsi nəticəsində baş verib.
“Ukrayna silahlı qüvvələrinin fevralın 3-də Lisiçansk çörək zavoduna zərbələri nəticəsində fövqəladə hallar naziri Aleksey Poteleşenko həlak olub”, - TASS agentliyinin məlumatında deyilir.