İŞİD terror qruplaşmasının sıralarında döyüşən 20-30 minədək silahlı təxminən 50 min kvadrat kilometrdən artıq ərazini nəzarətdə saxlayır.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, müvafiq hesablamalar Pentaqon ekspertləri tərəfindən həyata keçirilib.
“İŞİD sıralarında döyüşən silahlıların dəqiq sayını müəyyən etmək çətindir, bu rəqəm təxminən 20-30 min civarındadır... Silahlılar təxminən 50 min kvadrat kilometr əraziyə nəzarət edir. Bu rəqəmlər daim dəyişir”, deyə Pentaqon rəsmisi Con Kirbi brifinqdə söyləyib.