Yunanıstan da Türkiyə kimi öz pilotsuz təyyarələrini istehsal etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan müdafiə naziri Nikos Dendias deyib.
“Bizi bədxərclik etməkdə ittiham edənlər Egey dənizinin o tərəfinə (Türkiyəyə) baxsınlar, hansı gəmilərin inşa olunduğunu görsünlər. Bu gəmilər Egeyi gəzmək və ya Prezident Ərdoğanın təməlqoyma mərasimlərində iştirak üçün hazırlanmır. Yunanıstan əvvəlkindən daha güclü dəniz qüvvələrinə malik olmalıdır”, - nazir bildirib.
Dendias Yunanıstanın PUA istehsalına başlamalı olduğunu da söyləyib:
“Türkiyə PUA istehsal edərkən, Yunanıstanın da bunu edə bilməməsi üçün heç bir səbəb yoxdur”.
Son vaxtlarda Türkiyə-Yunanıstan münasibətlərin normallaşmasına baxmayaraq, Dendias Afinada Ankara ilə əlaqələrə soyuq yanaşan simalardan biri olmaqda davam edir.