Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının istefasından asılı olmayaraq, Kiyevi dəstəkləməyə davam edəcəyik.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Alyans V.Zalujnının istefası xəbərini şərh edə bilməz: “Buna Ukrayna qərar verməlidir. Biz isə Ukraynanı dəstəkləməyə davam edirik”.
Xatırladaq ki, daha öncə Ukraynanın bir sıra teleqram kanalları, habelə ölkənin keçmiş deputatı Zalujnının guya vəzifəsindən azad olunduğunu açıqlayıb. Rəsmi Kiyev isə bunu təkzib edib.