İsrail Fələstinin HƏMAS Hərəkatının Qəzza zolağında üçmərhələli atəşkəs planında nəzərdə tutulan tələblərini yerinə yetirməkdən imtina edir.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
"İsrail ardıcıl qələbələr qazanır. HƏMAS-ın irəli sürdüyü müvəqqəti atəşkəs şərtləri sərsəm tələblərdir. Vəziyyəti düzəltmək üçün danışıqlar lazımdır, amma Fələstin tərəfi məqbul addımlar atmır", - baş nazir bildirib.