Vaşinqton istənilən ölkəyə təmənnasız yardımdan imtina etməli və yalnız kredit şəklində vəsait ayırmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə o, ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Onun fikrincə, ABŞ Senatı xarici yardımların pul şəklində ayrılmasını dayandırmalıdır. Tramp hesab edir ki, bu, yalnız kredit şəklində edilməlidir.
O, bunun əlverişli şərtlərlə, məsələn, faizsiz və qeyri-məhdud müddətə edilə biləcəyini vurğulayıb.