İran və Rusiya uzunmüddətli taxıl alışına dair anlaşma memorandumu imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Parstoday" məlumat yayıb.
Qeyd edək ki, İran və Rusiya arasında kənd təsərrüfatı, qida sənayesi sahəsində ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə kənd təsərrüfatı nazirinin ticarət üzrə müavini Müctəba Novruzinin başçılığı ilə Tehranın müxtəlif dövlət və özəl müəssisələrini təmsil edən biznes nümayəndə heyəti Moskvaya gedib.