Marşal Adaları bayrağı ilə üzən Yunanıstana məxsus yük gəmisi Bab əl-Məndəb boğazından keçərkən raketlərlə hədəfə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın gəmiçilik şirkəti “Ambrey” məlumat yayıb.
Raket hücumu nəticəsində gəminin zədələndiyi bildirilib.
Yəməndə İran tərəfindən dəstəklənən husi qruplaşması “Ənsarallah” Fələstinə dəstək iddiası ilə Qırmızı dənizdə gəmilərə hücum edir.
Hücumların artmasından sonra ABŞ və Britaniya qüvvələri husilərin Yəməndəki mövqelərinə hava zərbələri endirməyə başlayıb.