12 Fevral 14:56
2 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik Ukraynada tikilən “Baykar” fabrikinin (Türkiyə şirkətinin) ölkəsi üçün “legitim hədəf” olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, deputat türk şirkətinin Ukraynada PUA fabriki tikməsinin Rusiya ilə Türkiyə arasındakı münasibətlərə heç bir şəkildə təsir etməyəcəyini deyib.

Belik Ukraynanın Türkiyədən aldığı PUA-ların rus ordusu tərəfindən məhv edildiyinə eyham vurub:

“Birincisi, bir-iki il əvvəl Kiyevə çoxlu sayda “Bayraktar” dronları göndərilmişdi, amma bu gün onların cəbhə xəttində aktiv istifadəsini görə bilmirik. İkincisi, bizim üçün Ukrayna ərazisində hərbi texnika istehsal edən istənilən obyekt qanuni hədəfdir. Üçüncüsü, bu obyekt və ya “Bayraktar” istehsalının münaqişənin gedişinə təsir edəcəyini düşünmürəm”.

Belik Türkiyənin qərarlarını “praqmatik addım” da adlandırıb:

“Türkiyəyə gəlincə, Prezident Ərdoğanın təcrübəli tacir olaraq “Bayraktar”lar satdığını və “Türk Axını” ilə Rusiya qazının Avropaya nəqlindən gəlir əldə edərək ölkəsinin maraqlarını qoruduğunu görürük”.

Deputat Rusiyanın sözügedən fabrikin tikintisinə mane olmasının mümkün olmadığını bildirib:

“Bunu bir daha vurğulamaq istərdim, əgər bu obyekt hərbi texnika istehsal edəcəksə, bunu qanuni hədəf kimi görəcəyik. Bundan sonra nə olacaq, birlikdə görəcəyik. Əgər Türkiyə tərəfi belə fabriklər qurmaq istəyirsə və bu, onlar üçün sərfəlidirsə, qadağa qoya bilmərik. Təkrar edirəm, bu, münasibətlərimizə təsir etməyəcək. Çünki Türkiyə ilə əlaqələrimiz çoxşaxəlidir. Suriya, Yaxın Şərq və digər mübahisəli məsələlərdə türk həmkarlarımızla ümumi dil tapmışıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər