13 Fevral 00:49
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın yeni prezidenti Aleksandr Stubb ilk xarici səfərini İsveçə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Stubb bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, ölkəsinin NATO-ya üzv olması ilə bağlı İsveçdə mövcud ictimai müzakirələri sakitləşdirməyə çalışacaq.

“Bizim problemimiz İsveçin problemi olduğu kimi, İsveçin problemi də bizim problemimizdir”.

Qeyd edək ki, Macarıstan hökuməti 2022-ci ilin yayında İsveçin NATO-ya üzvlüyü ilə bağlı sazişin ratifikasiyası üçün qanun layihəsini parlamentə təqdim edib, lakin İsveç siyasətçilərinin Macarıstana qarşı qeyri-dost bəyanatlarına görə deputatlar bu layihəni təxirə salıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər