Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Baş direktoru Rafael Qrossi Moskvaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə MAQATE-dən məlumat verilib.
“Biz təsdiq edə bilərik ki, baş direktorun Moskvaya səfəri fevralın sonuna planlaşdırılıb”, - mətbuat xidməti qeyd edib.
Qeyd edək ki, ötən həftə MAQATE rəhbəri növbəti dəfə Zaporojye AES-ə səfər edib.