Ukrayna təcili Beynəlxalq tribunalın yaradılmasını təklif etməlidir. Belə bir açıqlama ilə Krım Tatar Məclisinin sədri Refat Çubarov çıxış edib.
“BMT Təhlükəsizlik Şurasının təcili iclası yenə "dərin narahatçılığın" növbəti ifadəsiylə bitəcək” – deyə, Çubarov vurğulayıb.
Teleqraf.com-un məlumatına görə, tatar lider bildirib ki, vəziyyətdən çıxış yolu kimi, Ukrayna dərhal Beynəlxalq tribunalın yaradılmasına təşəbbüs göstərməlidir. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb.
Nail Cəlil