Rusiya qüvvələri Zaporoje vilayətinin Verbovoy qəsəbəsindən cənub-qərbdə Ukrayna ordusunun müdafiəsini yarıb. Hazırda ukraynalılar bu problemi aradan qaldırmağa çalışırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Ruslar Robotindən Verbovoya qədər kütləvi hücuma keçiblər. Nəticədə Verbovoydan cənub-qərbdə müdafiəni yara biliblər. O da qeyd olunur ki, Rusiya ordusu Biloqorivkada Baxmut istiqamətində hücuma keçsə də, bu cəhdləri dəf edilib.
Bütün cəbhə boyu hücumu davam etdirən Rusiya qoşunları Boqdanivkada təmas xəttini keçmək üçün zəif nöqtələr axtarır. Ruslar İvanivka yaxınlığında irəliləyirlər.
Bundan əlavə, Rusiya Avdiv şəhəri istiqamətində piyada qüvvələri ilə Lastoçkino yaxınlığında hücuma keçib, amma bu səylərinin qarşısı alınıb.
Qüvvə toplayan Rusiyanın yaxın günlərdə hücumlarını artıracağı bildirilir. Bundan başqa, Pervomayskda hücuma keçən ruslar Nevelskiyə yaxınlaşıblar. Georgiyivka, Pobeda və Novomixaylivka yaxınlığında döyüşlər gedir.
Hesab olunur ki, Avdiv uğrunda döyüşlər bitdikdən sonra ruslar əsas qüvvələrini hara yönəldəcəyi barədə qərar verməlidir. Onlar şəhərin qərbindəki əməliyyat məkanına girməyə cəhd edə və ya Kupyan, Çasovoy Yar və ya Robotinə istiqamətlənə bilərlər.