Separatçılar yanvarın 17-də kütləvi hücuma başlamağı planlaşdırırdılar. Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.
Poroşenko vurğulayıb ki, terrorçu qüvvələrin irəliləyişi silahlı qüvvələrin effektiv və uyğunlaşdırılmış hərəkətləri ilə dayandırılıb.
Prezident bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclası zamanı məlumat verib.
Dövlət başçısı qeyd edib ki, antiterror qüvvələrinin sayıqlığı və preventiv tədbirləri separatçıların planlarını pozub: “Onlar 3 istiqamətdə hücum planlaşdırırdılar. Silahlı qüvvələrin effektiv addımları nəticəsində hər 3 istiqamətdə qiyamçıların planı pozuldu”.
Nail Cəlil