19 Fevral 17:13
10 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Baş naziri İrakli Kobaxidze bu vəzifədə ilk səfərini Belçikaya (Brüssel) edib.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində baş nazirin Avropa Birliyi (AB) və NATO rəsmiləri ilə ikitərəfli görüşləri planlaşdırılır.

Kobaxidze Gürcüstan-AB Assosiasiya Şurasının 8-ci sessiyasında iştirak edəcək. Bundan sonra AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel və birliyin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varhellə görüşəcək.

Səfər zamanı hökumət başçısı NATO baş katibi Yens Stoltenberqlə bir araya gələcək, həmçinin NATO-Gürcüstan Komissiyasının iclasına qatılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər