19 Fevral 19:10
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki məlumatında qeyd edilib.

“P.Kuznetsov Aleksey Navalnının ölümü ilə bağlı Rusiyanın məsuliyyətini vurğulamaq, tam və şəffaf araşdırma aparılmasını tələb etmək üçün Finlandiya XİN-ə çağırılıb”, - məlumatda bildirilib.

Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı həbsxanada ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər