20 Fevral 01:45
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) Yəmən sahillərində gəmiyə yeni hücumu barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, Mərkəzdən bildirilib ki, hakimiyyət orqanları hadisənin başvermə səbəbini araşdırır.

"Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - deyə qeyd olunub.

UKMTO-nun hücum kimi qiymətləndirdiyi hadisə ilə bağlı məlumat gəminin kapitanından daxil olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər