26 Yanvar 2015 01:54
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında Ukrayna ilə bağlı telefon danışığı olub.

Teleqraf.com-un məlumatına görə, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd edilib ki, telefon danışığı zamanı Ukraynanın cənubundakı Mariupolda baş vermiş hadisələr, sepratçıların hücumu nəticəsində onlarla mülki şəxsin öldürülməsi müzakirə olunub.

Kerri atəşkəs sazişi imzalanmasının, ağır artleriyanın geri çəkilməsinin, sərhədin bağlanmasının vacibliyinə diqqət çəkib.

ABŞ bölgədə gərginliyin artmasından narahatlıq ifadə edib, sülh yaradılması üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, dünən Ukraynanın Mariupol şəhərinə sepatçıların hücumu zamanı 30 nəfər ölüb, 103 nəfər yaralanıb.


Müəllif:

Oxşar xəbərlər