26 Yanvar 2015 00:32
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran Xarici İşlər naziri Cavad Zərif ABŞ Dövlət katibi Con Kerri ilə Cenevrə gəzintisi barədə parlament qarşısında cavab verməlidir".

Axar.az xəbər verir ki, bu gəzinti öncədən planlaşdırılmadığı üçün parlamentin qəzəbinə səbəb olub. 21 millət vəkili XİN rəhbərinin parlamentdə hesabat verməsi üçün çağırış ediblər:

"Nəzərə alaq ki, ABŞ-ın tələbləri sonsuzdur və nüvə danışıqlarından istifadə edərək istəklərini reallaşdırmağa çalışır. Kerri və Zərif arasında cinsi yaxınlıq barədə düşünmək yersizdir. Bundan əlavə, Cenevrə gəzintisi də sıradan deyil".

XİN rəhbəri Zərif isə jurnalistlərə açıqlamasında gəzintinin qeyri-formal xarakter daşıdığını, diplomatiya dünyasında bunun adi hal olduğunu vurğulayıb.

Xtırladaq ki, İran Xarici İşlər naziri Cavad Zərif ABŞ Dövlət katibi Con Kerri ilə yanvarın 14-də nüvə danışıqları zamanı Cenevrədə 15 dəqiqəlik gəzintiyə çıxmışdılar.


Müəllif:

Oxşar xəbərlər