24 Fevral 12:23
2 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Baş naziri Corcia Meloni, Kanadanın Baş naziri Castin Trüdo, Belçikanın Baş naziri Aleksandr De Kros, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" yazıb.

"Liderlər bu səfərlə Ukrayna ilə həmrəylik ifadə etmək niyyətindədirlər. Yeddilik Qrupu (G7) ölkələrinin rəhbərləri fevralın 24-də Ukraynaya gələcək dəstək haqqında birgə bəyanatı müzakirə edəcəklər. Avropa İttifaqının 27 dövləti Aİ-nin müdafiə fondunu doldurmaq və Ukrayna üçün birgə döyüş sursatları almağa dair razılaşma imzalamağı planlaşdırır", deyə məlumatda bildirilib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər