26 Yanvar 2015 15:13
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın paytaxtı Berlində ötən gün baş verən dəhşətli cinayətin təfərrüatları bəlli olub. Qeyd edək ki, Berlində yanmış qadın cəsədi tapılmışdı.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar zamanı üzərinə benzin tökülərək yandırılan qadının 19 yaşlı Almaniya vətəndaşı Mariya P. olduğu bildirilib. Polis faktla bağlı biri türk, digəri isə Almaniya vətəndaşı olan iki nəfəri saxlayıb.

Tibbi ekspertiza zamanı gənc qızın öldürülən zaman 8 aylıq hamilə olduğu və öldürülməmişdən əvvəl qarnından bıçaqlandığı aydınlaşıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Polis verdiyi açıqlamada Mariyanın dostları arasında “Super Fısdıq” ləqəbi daşıdığını, cəsədin isə parkda dolaşan it tərəfindən tapıldığını qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər