2 Mart 18:41
4 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ukraynadakı müharibə ilə bağlı tarixin doğru tərəfində olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Fransa xarici işlər naziri Stefan Sejurn deyib.

Xüsusilə, o, ölkə Prezidenti Emmanuel Makronla Almaniya Kansleri Olaf Şolz arasında Ukrayna ilə bağlı fikir ayrılıqları barədə məlumatı şərh edib:

“Fransa-Almaniya münaqişəsi yoxdur, biz məsələlərin 80 faizində razılaşmışıq”.

Sejurnun sözlərinə görə, Fransa və Almaniyanın ümumi məqsədi var: Ukraynanı dəstəkləmək: “Bu, seçim məsələsi deyil, ekzistensial məsələdir”.

“Blumberq” yazır ki, Makronla Şolz arasındakı konflikt Ukraynaya böyük ziyan vurur. Agentliyə görə, Fransa və Almaniya liderləri arasındakı fikir ayrılığı Ukrayna üçün ən pis vaxta təsadüf edib.

Fransa rəsmilərinin sözlərinə görə, Makron Şolzu cəsarətsiz və ambisiyasız, qısa müddətdən artıq düşünə bilməyən lider kimi görür. Kanslerin yaxın köməkçiləri də etiraf edir ki, liderlər bir-birləri ilə barışa bilmirlər. Makron da Berlində möhtəşəm ideyalar irəli sürməyi bunları həyata keçirməkdən daha yaxşı bacaran monarxist fiqur kimi qəbul edilir.


Müəllif: Mənsur Rəğbətoğlu