Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev ölkəsinin şərqində 12 min rus əsgərinin olduğunu bildirib.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, o, bu bəyanatla BMT TŞ-nın
Nyu-Yorkda keçirilən iclasında çıxış edib.
Ukraynalı diplomat qeyd edib ki, ölkəsinin təqdim etdiyi belə fakt və rəqəmlər yalnız müvafiq yerli orqanlar tərəfindən deyil, çoxsaylı müstəqil müşahidəçilər və beynəlxalq təşkilatların missiyaları tərəfindən də təsdiq olunub.
"Ötən dəfə biz bu zalda 9 min rus hərbçisi barəsində danışmışdıq. İndi isə söhbət Rusiyanın Ukrayna ərazisində olan 12 min əsgəri, 235 tankı, 720 zirehli maşını, 263 artilleriya sistemindən gedir. Rusiyadan bunun izahatını verməsini istərdik. Onlar suveren Ukrayna ərazisində nə edirlər? Əgər bütün bunlar Ukrayna ərazisindən çıxarılsaydı, bu problemi həll etmək bizim üçün çox asan olardı", - Sergeyev vurğulayıb.
Nihad