27 Yanvar 2015 18:15
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirilib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, etirazçılar əsasən, satıcılardır. Onlar «Əlavə dəyər vergisi haqqında» qanuna edilən dəyişikliyə etiraz edirlər. Etiraz iştirakçıları hökumət nümayəndəsi ilə görüşməkdən imtina edərək, binaya arxa çeviriblər: “Biz onlarla görüşmək istəmirik. Bütün vergiləri öz işimizi riskə atıb ödədik. Belə laqeydlik olmaz”.

Xatırladaq ki, dəyişikliklərə əsasən, dəyər vergisi 3,5%-dən 1%-ə düşəcək, lakin bunun qarşılığında təsərrüfat subyektlərinin fəaliyyətini genişləndirmək tələb olunacaq.

Samir


Müəllif: