28 Yanvar 2015 01:57
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 26-da üç əsas beynəlxalq reytinq agentliklərindən biri - “Standard & Poor's” Rusiyanın kredit reytinqini spekulyativ səviyyəyə, yaxud zibilliyə endirib.

Agentlik elan edib ki, Rusiyanın reytinqi artıq investisiya reytinqi deyil və BBB- səviyyəsindən BB+ səviyyəsinə endirilir. Bu isə o deməkdir ki, agentlik beynəlxalq investorlara Rusiyaya yatırım qoymağı tövsiyə etmir və Rusiya şirkətinin pullarına etibar etməməyi məsləhət görür.

Virtualaz.org saytı xəbər verir ki, “Standard & Poor's” agentliyinin Rusiyanın kredit reytinqini aşağı salması bu ölkənin hökumətində və biznes çevrələrində ciddi narahatlıq yaradıb.

Çünki agentliyin qərarı təkcə makroiqtisadi göstəriciləri pisləşdirməyəcək, eyni zamanda ölkədə işsizliyi artıracaq, rublun kursunun daha da aşağı düşməsinə səbəb olacaq.


Müəllif:

Oxşar xəbərlər