28 Yanvar 2015 02:11
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Komissiyası əkinçilik fondlarının paylanmasında yanlışlığa yol verməsinə görə Fransaya 1 milyard avroluq cəza kəsib.

Belə ki, Komissiya Fransanın AB-dən götürüb 2008-2012-ci illər arasında öz əkinçilərinə payladığı dəstəkləmə fondlarında nizamsızlıq etməsi səbəbindən bu qərarı qəbul edib.

AB Komissiyası qərarına müvafiq olaraq, Fransa,1 milyard avrodan çox dəstəyi geri ödəyəcək.

Daha əvvəl AB Komissiyası və Fransa arasında aparılan müzakirələrdə Brüssel Parisdən 1,8 milyard avronun geri ödənilməsini tələb etmişdi.

İntensiv müzakirələrdən sonra bu məbləğ 1 milyarda endirilib.


Fransa 2008-2012 illər arasında AB Komissiyasının ortaq əkinçiliyi dəstəkləmə fondundan 40 milyard avro dəstək almışdı.

Fransa 1 milyard avro məbləğindəki cəzanı 2017-ci ilə qədər üç kreditlə ödəyəcək.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər