23 Mart 05:27
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

***

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib.

***

22.03 24

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall”da insanlara atəş açılıb.

Teleqraf.com xəbər verir ki, “Baza” teleqram kanalının məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.


Müəllif: Teleqraf.com