29 Mart 08:28
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya mümkün terror aktı ilə bağlı ABŞ kəşfiyyat orqanlarının məlumatlarına məhəl qoymayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Əlbəttə ki, günahsız insanların həyatının xilası üçün paylaşılması lazım olduğunu düşündüyümüz məlumatımız varsa, biz bunu edirik", - deyə o vurğulayıb.

O, Amerika administrasiyasının nümayəndələrinin ABŞ-nin Rusiyaya gözlənilən terror aktına dair məlumat ötürməsi ilə bağlı əvvəlki bəyanatlarını xatırladıb. “Nə üçün buna məhəl qoymaması ilə bağlı sual qarşı tərəfə ünvanlanmalıdır”, - deyən Rayder “Crocus City Hall”da terror aktının İŞİD yaraqlıları tərəfindən törədildiyi versiyasını təkrarlayıb.


Müəllif: Teleqraf.com