28 Yanvar 2015 22:59
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Donetsk xalq respublikası Minsk razılaşmasından imtina etdiyini açıqlayıb.

Teleqrraf.com-un “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu barədə “DXR” özünümüdafiə qərargahının rəsmisi Eduard Basurin deyib

“Minskdə imzalanan sazişlər artıq qüvvədən düşüb. Buna baxmayaraq, biz danışıqları davam etdirməyə hazırıq”, deyə E.Basurin bildirib.

Bundan əvvəl, “DXR” parlamentinin vitse-spikeri Denis Puşilin bəyan etmişdi ki, rəsmi Kiyevin qondarma Donetsk və Luqansk xalq respublikalarının terror təşkilatı kimi tanınması ilə bağlı təşəbbüsü Minsk razılaşmalarının pozulmasına yönəlib.


Müəllif:

Oxşar xəbərlər