4 Aprel 21:23
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin hava müdafiə sistemləri İran raketlərini neytrallaşdırmaq gücünə malikdir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İranın Suriyadakı konsulluğunun vurulmasından sonrakı mümkün gəlişmələrə diqqət çəkib:

“İran İsraili necə vuracaq? Bu sual gündəmi məşğul edir. ABŞ-nin keçmiş prezidenti Donald Trampın təlimatıyla iranlı general Qasım Süleymani İraqda öldürüldükdə, Tehran bunun intiqamını alacağını vəd etmişdi. İntiqam ondan ibarət oldu ki, İran ABŞ-nin İraqdakı boş hərbi bazasına bir neçə raket atdı.

Tehran bu dəfə İsrailin İranın Suriyadakı konsulluq binasına hava zərbəsi nəticəsində generallarının ölümünə görə intiqam vədi verib. İranın Süleymani nümunəsində olduğu kimi, Amerikaya əli çatmadığı kimi birbaşa İsraili hədəfə alması da problematikdir. İsrailin hava müdafiə sistemləri İran raketlərini neytrallaşdırmaq gücünə malikdir. Buna baxmayaraq, İran bölgədə nəzarət etdiyi və maliyyələşdirdiyi silahlı qruplar vasitəsilə İsrailə zərər vura bilər.

Ayrıca, İsrailin İrana qonşu ölkələrdəki səfirliklərinin hədəf götürülmə ehtimalı artıb. Ancaq bu halda İran həmin səfirliyin yerləşdiyi ölkə ilə münasibətlərini gərginləşdirəcək. Bu amil Tehranı çox da narahat etmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər