4 Aprel 18:38
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Rişi Sunak ölkəsinə qeyri-qanuni miqrant axınının dayandırılmasına kömək edəcəyi təqdirdə, Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) çıxa biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Sunak Britaniyanın getdikcə daha çox miqrant daşıyan qayıqların gəlməsini dayandırmaq üçün beynəlxalq müqavilədən çıxmağa hazır olduğunu deyib.

“Hesab edirəm ki, sərhəd təhlükəsizliyi və qeyri-qanuni miqrasiyaya nəzarət bizim xarici məhkəmədə iştirakımızdan daha vacibdir”, - baş nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər