Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının əmri ilə Ukraynanın şərqində həlak olan rus hərbçilər səyyar krematoriyalarda yandırılır.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bunu Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenko deyib.
Onun sözlərinə görə, belə səyyar krematoriyalar xüsusi hərbi maşınlarda quraşdırılır: “Yanvarın 20-dən 23-dək Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının göstərişi ilə Ukraynanın şərqinə 7 ədəd səyyar krematoriya maşınları gətirilib. Belə maşınlar gün ərzində 8-10 cəsədi yandırır”.
Nalivayçenkonun sözlərinə görə, “ölüm sobaları”nın işini Rusiya hərbi kəşfiyyatı koordinasiya edir.
O qeyd edib ki, Ukrayna hakimiyyəti Rusiyadan fərqli olaraq, humanizm naminə rus əsgərlərinin cəsədlərini onların sənədləri və əşyaları ilə birlikdə valideynlərinə qaytaracaq.
Samir