6 Aprel 17:40
2 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna İkinci Dünya Müharibəsindən sonrakı Almaniyanın taleyini təkrarlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu alman analitik Mark Oliver Rüle deyib.

Onun sözlərinə görə, NATO Rusiya tərəfindən işğal olunmuş ərazilərdən imtina müqabilində Ukraynanın dərhal alyansa qəbulunu müzakirə edir.

Rüle NATO baş katibi Yens Stoltenberqin sözlərindən də sitat gətirib:

“Ukraynada davamlı sülhün yeganə yolu Ukrayna Silahlı Qüvvələrinin hərbi gücünə zəmanət verməkdir ki, Rusiya Ukraynanı döyüş meydanında məğlub edə bilməyəcəyini başa düşsün”.

Rüle bu sözlərin parçalanma və NATO-ya dərhal üzvlük planına zidd olmadığını vurğulayıb. O xatırladıb ki, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Almaniya da analoji şəkildə parçalanıb. Amma SSRİ-nin parçalanmasından sonra yenidən birləşib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər