8 Aprel 12:21
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqla son müzakirələr Türkiyə Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi əməliyyatlarının önünü açıb.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Can Acun deyib.

PKK-nın sərhədyanı hərbi əməliyyatlarla təzyiq altında olduğunu söyləyən analitik mövsümi şərtlərin İraqda irimiqyaslı əməliyyatlara zəmin yaratdığını vurğulayıb:

“Bağdadla son danışıqlar Türkiyənin daha əhatəli əməliyyatlar təşkil etməsinə yol açıb. Türkiyə ilə İraqın siyasi, hərbi və iqtisadi maraqları bir-birinə yaxınlaşarkən, burada İranın münasibəti də önəmli olacaq. İran Bağdada mənfi təsir göstərməsə, iki ölkənin terrorla mübarizədə əməkdaşlıq etməsi mümkündür”.

DEM Partiyası (HDP) ilə PKK terror təşkilatı arasındakı bağdan danışan Can Acun PKK-nın bələdiyyələrdən logistika kimi istifadə etdiyinə diqqət çəkib:

“PKK bələdiyyələrdən logistika kimi istifadə edir. Bələdiyyələrə tabe olan mədəniyyət evləri kimi qurumlarda gənclərin təşkilata daxil edilməsi üçün araşdırmalar aparılır. Bu təşkilatı yaxından izləmək lazımdır. Bunun qarşısını almaq üçün lazımi qanuni addımlar atılmalıdır”.

Analitik qarşıdakı əməliyyatların İraq-Türkiyə sərhədini terrordan tam təmizləyəcəyini də qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan 31 mart bələdiyyə seçkilərdən sonra terrorla mübarizə ilə bağlı açıq mesajlar vermişdi:

“Uğurlu əməliyyatlarımız sayəsində köşəyə sıxışdırdığımız separatçı terror təşkilatına mütləq ölümcül zərbə vuracağıq. Cənub sərhədlərimiz yaxınlığında “terrorustan” yaradılmasına imkan verməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər