8 Aprel 21:59
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreyn kralı 1600-ə yaxın məhbusu əfv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bəhreynin Rəsmi Xəbər Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, Bəhreyn kralı cinayət və iğtişaş ittihamı ilə üzləşən 1584 nəfəri əfv edib.

Bu, Bəhreyndə son illərin ən böyük amnistiyasıdır.

Agentlik tərəfindən yayılan kral fərmanının elanında azad ediləcəklər arasında siyasi məhbusların olub-olmaması barədə məlumat verilməyib, lakin bəzi insan haqları qrupları bunun ehtimal olduğunu söyləyib.

Bu gün elan edilən əfv fərmanı Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifənin taxta çıxmasının 25-ci ildönümünə təsadüf edir.

Xatırladaq ki, Bəhreyndə 2011-ci ildə ölkəni sarsıdan böyük etiraz dalğasından bəri onlarla müxalif həbs edilib. Nümayişçilər konstitusional monarxiya və baş nazir seçilməsini tələb ediblər. 2020-ci ildəki son böyük amnistiyada təxminən 1500 məhbus azad edilib. Onlardan minə yaxını “humanitar səbəblərdən” azad edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər