10 Aprel 08:00
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İsrailə qarşı ticarət embarqosu tətbiq edən ilk ölkə oldu.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə ticarət naziri Ömər Bulut deyib.

Nazir qeyd edib ki, heç kim İsrailə qarşı sanksiyaların tətbiq olunduğunu açıqlamayıb, beynəlxalq ictimaiyyətin səyləri Qəzzada böhranın həllinə gətirib çıxara bilmədiyi üçün embarqo qərarı verən ilk ölkə Türkiyə oldu.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Ticarət Nazirliyi İsrailə 54 adda sənaye malının ixracına məhdudiyyətlər tətbiq etdiyini açıqlamışdı. Onların arasında polad, alüminium, boyalar, elektrik kabelləri, təyyarə yanacağı, neft, gübrələr, eləcə də sənaye maşınları, sement, tikinti materialları, metal emalı avadanlığı və metal emalı üçün istifadə olunan kimyəvi maddələrdən ibarət müxtəlif növ məhsullar var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər