Rusiya ABŞ və Fransa ilə hərbi əməkdaşlıq müqavilələrini ləğv edən Nigerə hərbi təlimçilər və hava hücumundan müdafiə sistemləri göndərib.
Teleqraf.com xəbər verir ki, Niger dövlət televiziyası Rusiyanın göndərdiyi hərbi təlimçilər, personal və hava hücumundan müdafiə sistemlərinin ölkəyə çatdırıldığını açıqlayıb.
Dövlət televiziyasına danışan rusiyalı zabit Nigerə iki ölkə arasında hərbi əməkdaşlığı yaxşılaşdırmaq və orduya təlim keçmək üçün gəldiklərini deyib.
2023-cü ilin iyulunda baş vermiş hərbi çevrilişdən qısa müddət sonra Niger Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib və Fransa səfiri Silvan İtteni ölkədən qovub.
Rəsmi Niamey həmçinin Nigerdə təxminən 1000 hərbçisi və PUA bazası olan ABŞ ilə də hərbi əməkdaşlıq müqaviləsini mart ayında ləğv edib.