14 Aprel 22:21
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bayer” Almaniya Bundesliqasıında 2023/2024 mövsümün qalibi olub.

Teleqraf.com xəbər verir ki, Leverkuzen klubu 29-cu turda çempionluğunu rəsmiləşdirib.

Öz meydanında “Verder”i 5:0 məğlub edən “Bayer” 79 xalla ən yaxın izləyicisi “Bavariya”nı 16 xal qabaqlayıb. Komanda 29 matçın 25-də qalib gəlib, 4-də heç-heçə oynayıb.

“Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub.


Müəllif: Teleqraf.com