İranın cavab zərbəsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilən ayrılmaz özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Zərbələr yalnız İranın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilən və beynəlxalq hüquq tərəfindən tanınan ayrılmaz özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib", - deyə o bildirib.
O qeyd edib ki, bu hərəkətlər zəruridir, zərbələr yalnız hərbi hədəflərə yönəlib və daha da eskalasiya ehtimalını azaltmaq və mülki əhaliyə mümkün zərərin qarşısını almaq üçün böyük ehtiyatla həyata keçirilib.