Yaxın günlərdə İsrail hakimiyyəti İranın öz ərazisinə hücumuna hansı növ cavab veriləcəyini müəyyən edəcək.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü Peter Lerner deyib.
"İsrail hökuməti növbəti addımlar barədə yaxın günlərdə qərar verəcək. İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndələri artıq İsrail hökumətinə İranın hücumuna cavab vermək üçün bir neçə variant təqdim ediblər", - sözçü bildirib.
İsrailə hücumdan sonra Hərbi Kabinetin naziri Benni Qantz ölkəsinin İrana qarşı regional koalisiya yaratmaq və respublikaya zərbə endirmək istədiyini açıqlayıb. O vurğulayıb ki, münaqişə hələ bitməyib.
"İsrail İrana uyğun zamanda və lazımi şəkildə cavab verəcək", - Qantz qeyd edib.